COP29

İradlara dözmədi, sərt reaksiya verdi: ““Elə olsun, bir-birimizin üzünə dik baxa bilək”

23 İyun 09:00 Bizimkilər 997
İradlara dözmədi, sərt reaksiya verdi: ““Elə olsun, bir-birimizin üzünə dik baxa bilək”

Bilindiyi kimi, ölkəmizdə AÇ-2024-ün oyunlarının eksklüziv yayın hüququ İTV-yə məxsusdur.

Televiziyanın bəzi əməkdaşları turnirin keçirildiyi Almaniyaya yollanıb, oyunların keçirildiyi stadionlardan canlı bağlantı təşkil olunur. Buna baxmayaraq, İTV-nin fəaliyyətindən narazı olanlar var.

Sportinfo.az xəbər verir ki, İTV-nin idman departamentinin rəhbəri idman şöbəsinin direktoru Kənan Hakimov onlara cavab verib:

“Bəyənib-bəyənməmək hər kəsin şəxsi işidir. Biz işimizi görürük.

Əməkdaşlarımız, demək olar ki, otel üzü görmür. Oyun bitən kimi qatarla bir şəhərdən digərinə yollanır.

Texniki avandanlığı saatlarla üzərində gəzdirir. Bu Avropa çempionatında ilk dəfə qapı arxasında Azərbaycan televiziyasını təmsil edən operatorlar çəkiliş edir.

Oyundan sonra hazırlanan vloqlarda öz məhsulumuzdan istifadə edirik. Oyundan öncə, fasilədə meydanın kənarından əməkdaşlarımız sosial media üçün kontent hazırlayır.

Mütəmadi canlı bağlantılar, miks-zonadan müsahibələr və s. Final matçı ilə bağlı daha geniş planlarımız var.

Keçən dəfə Elnur Əliyevlə oyundan sonra canlı planlaşdırırdıq, lakin çıxa bilmədi (azarkeşlər pivəni üstünə dağıtmışdı). Kənardan baxana oynamaq asan görünə bilər.

Çox həmkarlarla, çox ezamiyyətlərdə olmuşam. Öz aləmində böyük işlər düşünüb, səfərdə ən kiçik çətinliklərin öhdəsindən gələ bilməyən, ezamiyyəti istirahətlə səhv salan adamları da görmüşəm.

Nə isə… Bakı balaca şəhər, hamımız da bir-birimizi gözəl tanıyır və potensialımıza da gözəl bələdik.

Elə olsun ki, sabah üz-üzə gələndə bir-birimizin üzünə dik baxa bilək”.

Digər Xəbərlər
Xəbər Lenti