COP29

Azərbaycanlı hücumçunun komandası Superliqada yerini qorudu

27 May 01:20 Bizimkilər 541
Azərbaycanlı hücumçunun komandası Superliqada yerini qorudu

Türkiyə Superliqasında 2023/24 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geydiyi “Hatayspor” öz meydanında “Rizespor”u qəbul edib.

Renat da bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Dadaşov 73-cü dəqiqədə Ömər Beyazın əvəzinə meydana daxil olub.

Matç “Hatayspor”un qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində Dadaşovun komandası xallarının sayını 41-ə çatdırmaqla mövsümü 15-ci pillədə başa vurub və Superliqadakı yerini qoruyub.

“Hatayspor” - “Rizespor” 2:0
Qollar:
Fisayo Dele-Başiru, 4, Karlos Strandberq, 57

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?