COP29

Üç şəhidimizin qalıqları Gəncədən Şabrana gətirilib dəfn olundu - FOTOLAR

24 May 19:10 Bizimkilər 377
Üç şəhidimizin qalıqları Gəncədən Şabrana gətirilib dəfn olundu - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş 3 şəhidin qalıqları müəyyən edilərək Şabranda dəfn olunub.

Bunlar Mirzəyev Rahib Ağaseyid oğlu, Şaxayev Cəlil İsa oğlu və Əmrullayev Rza Qəzənfər oğludur.

Şəhidlərin nəşi Şabran şəhərində ailələrinə təhvil verilib. Onlarla doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.

Hər üç şəhid Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, şəhid R. Mirzəyev 1971-ci il sentyabrın 2-də Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Şəhid C. Şaxayev 1973-ci il dekabrın 30-da Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Digər şəhid R. Əmrullayev isə 1961-ci martın 4-də Şabran rayonunun Ləcədi kəndində anadan olub. O, 1994-cü il fevralın 18-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşüb.




Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?