COP29

Mahir Emreli deyir ki…

20 May 16:20 Bizimkilər 933
Mahir Emreli deyir ki…

"Dinamo"nun hücumçusu mahir Emreli uzunmuddətli zədədən sonra ilk rəsmi matçında çıxıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı forvard Xorvatiya çempionatının "Slaven"lə səfər matçının 46-cı dəqiqəsində meydana daxil olub.

"Dinamo"nun 3:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra millimizin hücumçusu instaqram hesabında paylaşım edib:

"Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır.

Beş ay sonra meydana çıxmaq məni həyəcanlandırdı. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".

Digər Xəbərlər
Xəbər Lenti