
Türkiyədə birinci liqanın 29-cu turunun bir sıra oyunları baş tutub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” öz meydanında “Şanlıurfaspor”la qarşılaşıb.
Matç meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
Diniyev meydana start heyətində çıxıb və 60-cı dəqiqədə əvəzlənib. “Ümraniyespor" 34 xalla 11-ci pillədə qərarlaşıb.