
İsveç mətbuatı ölkə çempionatının açılış turunun "Göteborq"la oyununda (4:1) "Yurqorden"in azərbaycanlı hücumçusu Musa Qurbanlının çıxışını şərh edib.
Sportinfo.az xəbər verir ki, isveçli həmkarlarımız azərbyacanlı forvard haqda bunları yazıb:
"Deyəsən Musa uğursuzluqla üz-üzədir. Azərbaycanlı əvvəlki kimi inamsız görünürdü.
O, meydanda çox gözə dəymirdi, amma görünəndə topla yaxşı davranırdı. Qurbanlı bir neçə maraqlı ötürmə etdi və tez-tez cərimə meydançasında lazımi yerdə olurdu.
İnanırıq ki, Musa Qurbanlının ifasında yaxşı, tipik isveçli futbolçu görmək olar. Lakin hər matçda bununla razılaşmayanlarla mübahisə etmək getdikcə çətinləşir”.
Qurbanlı “Göteborq”la oyunun 70-ci dəqiqəsində meydana çıxıb.