Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində çıxış edib.
Sportinfo.az xəbər verir ki, o, Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə meydana çıxıb.
Matç "Yurqorden" U-21-nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. M.Qurbanlı start heyətdə meydana çıxıb və penaltidən komandasının ilk qolunun müəllifi olub.
Onunla yanaşı, əsas komandanın daha bir neçə üzvü oyun praktikası toplamaq üçün U-21-in heyətində yer alıb.
İsveç çempionatında yeni mövsüm martın 30-da başlayacaq.