Türkiyə I Liqasında 24-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Sərtan Taşkının formasını geyindiyi "Manisa" doğma meydanda "Gənclərbirliyi" ilə qarşılaşıb.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Sərtan da bu görüşün iştirakçısı olub.
26 yaşlı sağ cinah müdafiəçisi oyuna start heyətdə başlayıb. O, 75-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
24 turdan sonra 28 xal "Manisa" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.