COP29

Şahruddindən "Adana Demirspor"u ŞOK edən hərəkət - Alanyadan VİDEOREPORTAJ

19 Fevral 01:10 Bizimkilər 568
Şahruddindən "Adana Demirspor"u ŞOK edən hərəkət - Alanyadan VİDEOREPORTAJ

Türkiyə Superliqasında 26-cı turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasın geyindiyi "Adana Demirspor" səfərdə "Alanyaspor"la qarşılaşıb.

Adana təmsilçisi hesabda 0:2 geridə olsa da, yekunda son dəqiqə avtoqolu ilə 3:3 hesablı heç-heçə edib.

Şahruddin start heyətdə meydana daxil olub. O, ilk qolu 20-ci dəqiqədə cərimə zərbəsindən buraxıb.

İkinci qol zamanı isə (33-cü dəq.) Məhəmmədəliyev ciddi səhvə yol verərək topu rəqibə ötürüb. Bundan isə “Alanyaspor”lu futbolçu ustalıqla yararlanıb.

Fasilə zamanı baş məşqçi Hikmət Karaman Şahruddin Məhəmmədəliyevi Vedat Karakuşla əvəzləyib.

"Adana Demirspor" 32 xalla 10-cu, "Alanyaspor" 29 xalla 15-cidir.

"Alanyaspor" - "Adana Demirspor" - 3:3
Qollar:
Balkoveç, 20 (1:0), Aydin, 33 (2:0), Akbaba, 67-pen. (2:1), Sari, 70 (2:2), Haderqyonay, 77 (3:2), Aliti, 90+7-avtoqol (3:3)

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?