Niderland birinci divizionunda 25-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “NAK Breda” ilə qarşılaşıb.
Oyunda qalib müəyyənləşməyib - 2:2.
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Eyndhoven” hazırda 32 xalla 13-cü pillədə qərarlaşıb.
“NAK Breda” - “Eyndhoven” - 2:2
Qollar: Yanosek, 5, 44 - Prişk, 76, 84