Tayland çempionatında 12-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə "Muanq Tonq Yunayted"in qonağı olub.
Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Ramil Şeydayev meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.
Hazırda “Buriram Yunayted” 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.