Bu gün Türkiyə Super Liqasında 14-cü tura start veriləcək.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Antalyaspor"u qəbul edəcək.
Qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək.
Renat bu oyunda komandasına kömək edə bilməyəcək. 24 yaşlı forvard mövsüm ərzində 4 sarı vərəqə aldığı üçün cəzalı durumdadır.
13 turdan sonra 17 xal toplayan "Hatayspor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.