COP29

Azərbaycanlı futbolçu vətəni tərk etdi, ABŞ-a yollandı

27 Noyabr 2023 20:40 Bizimkilər 5 555
Azərbaycanlı futbolçu vətəni tərk etdi, ABŞ-a yollandı

Sabiq azərbaycanlı futbolçu, karyerasının başa vurandan sonra Futbolun İnkişaf Fondunda çalışan Nicat Qurbanov Azərbaycanı tərk edib.

Qurbanov ailəsi ilə birgə ABŞ-a yollanıb.

O, hazırda Pensilvaniya ştatının Pittsburq şəhərində məskunlaşıb.

Nicatın məqsədi okeanın o biri tayında futbol skaryerasında yeni səhifə açmaqdır. Məşqçilər üçün nəzərdə tutulan C kateqoriyasına sahib olan ölkəmizin U-17 və U-19 millilərinin sabiq üzvü məşqçiliyə başlamaq niyyətindədir.

Ötənlərin sürətli vingeri ilk addımlarını uşaq futbolunda atmağı hədəfləyib. Daha sonra uşaq futbol məktəbi təsis etmək barədə düşünəcək.

Nicat Qurbanov “Neftçi”, “Simurq”, “Kəpəz”, “Zirə”, AZAL, “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”) kimi komandaların heyətində Premyer Liqada 200-ə yaxın oyunun iştirakçısı olub, Gürcüstanda “Samtredia”da legioner həyatı yaşayıb.

2021-ci ildə “Şamaxı”nin heyətində ölkə kubokunu başı üzərinə qaldırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?