Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" öz meydanında "Şanlıurfaspor"u qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Bəxtiyar da bu görüşün iştirakçısı olub. 31 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
7 turdan sonra 4 xal toplayan "Tuzlaspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
"Tuzlaspor" - "Şanlıurfaspor" - 1:1
Qollar: Mata, 57-pen. - Kabak, 44