“Millidə qol vurmaq heyrətamizdir, amma qalib gəlmək daha vacibdir”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Nürnberq”in hücumçusu Mahir Emreliyə məxsusdur.
O, “millidə, yoxsa klubda qol vurmaq yaxşıdır” sualını bu cür cavablandırıb:
“Yığmada xoşuma gələn əsas şey matçı qazanmaqdır. Çünki bizim o qədər də çox vaxtımız yoxdur.
Bir mövsümdə oyunumuz da azdır. Bu səbəbdən diqqətinizi yalnız qarşılaşmaya yönləndirirsiz və qalib gəlməyin lazım olduğunu bilirsiz.
Kimin qol vuracağı isə vacib deyil. Ancaq oynadığın klubda hər şey fərqlidir.
Sən hücumda çıxış edirsənsə, daha çox təzyiqdə olursan və fərqlənməyə ehtiyacının olduğunu düşünürsən. Burada fərqlənsən, eynisini millidə da göstərə bilərsən”.