Bolqarıstan çempionatında 16-cı turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” doğma meydanda “Lokomotiv”i (Plovdiv) qəbul edib. Matç ev sahiblərinin 4:2 hesablı başa çatıb.
Cəlal Hüseynov da bu oyunun iştirakçısı olub. 21 yaşlı mərkəz müdafiəçisi 89-cu dəqiqədə meydana daxil olub.
“Arda” hazırda 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.