Azərbaycan millisinin hücumlçusu Renat Dadaşov zədəsini sağaltmaq üzrədir.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Ankaragücü”nün hücumçusu hazırda müayinəsini davam etdirir.
Ötən ay qasıq nahiyəsindən əməliyyat olunan 25 yaşlı forvard artıq Türkiyəyə dönüb. Yığmamızın heyətindən kənarda qalan forvard
Ankara təmsilçisinin Antalyadakı təlim-məşq toplanışına qoşulub. Lakin o, ilk olaraq fərdi hazırlıq keçəcək. Dadaşov ən yaxşı halda gələn həftənin sonlarından kollektiv məşqlərdə iştirak edə biləcək.
Renat Dadaşov Türkiyənin I Liqa təmsilçisi “Ankaragücü”yə mövsümün əvvəlində keçib.