Azərbaycan millisinin və “Radomiak”ın müdafiəçisi Rahil Məmmədova İsveç klubundan təklif gəlib.
Belə ki, yüksək liqa təmsilçisi “Myalbü” Məmmədovu qışda heyətinə qatmaq istəyib.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, müdafiəçi qışda komandasını dəyişmək istəməyib.
Belədə, o, İsveçə yollanmaq variantından imtina edərək “Radomiak”da qalmağa üstünlük verib.
28 yaşlı futbolçunun Polşa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Əlavə edək ki, “Radomiak” mövsümün sonunda aşağı liqaya düşərsə, Rahil komandadan ayrılaraq azad agent statusuna malik olacaq.
“Radomiak” 15 turdan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.