COP29

"Mahir Emreli ən azı yarım saat oynaya biləcək" - Kloze açıqladı

08:20 Bizimkilər 1 451
"Mahir Emreli ən azı yarım saat oynaya biləcək" - Kloze açıqladı

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb.

Sportinfo.az xəbər verir ki, o, millimizin forvardının ən azı yarım saat meydana çıxa biləcəyini deyib:

“Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynaya biləcək. Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər”.

Mahir Emreli bu yay “Nürnberq”ə Zaqreb “Dinamo”sundan keçib. O, yeni komandasında hələ debüt edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti