COP29

“28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil” – Yığmamızın müdafiəçisi

9 İyul 01:10 Bizimkilər 1 246
“28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil” – Yığmamızın müdafiəçisi

"28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Polşanın LKS klubundan ayrılan Rahil Məmmədov deyib.

Azərbaycan millisinin üzvü legioner həyatını davam etdirmək istədiyini söyləyib:

"Hər bir futbolçunun arzusudur ki, legioner həyatı yaşasın. Polşa çempionatında oynamağa davam etmək istəyirəm.

Danışıq apardığım klublar var. Lakin onların adını çəkməyim etik olmaz.

İstəyim daim əsas heyətdə yer ala biləcəyim komandada çıxış etməkdir. 28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil.

İstəyirəm ki, əsas heyət üzvü olum, şərəfini qoruyacağım kluba xeyir verim. Polşa çempionatının hər oyununa minlərlə azarkeş gəlir, matçlar diqqət mərkəzində olur".

R.Məmmədov yığma üzvü olduğu üçün ehtiyatda qalmaq istəmədiyini bildirib:

"Azərbaycan millisində rəqabət çoxdur. Əsas heyətdə yer almayan futbolçuya şans verməzlər.

Milli komandadakı yerimi itirməmək baxımından bu mənim üçün vacibdir. Hər zaman oynamaq istəyirəm.

"Qarabağ"ın formasını geyinmişəm, Polşa çempionatında 6 ay çıxış etmişəm.

Düşünürəm ki, oyun təcrübəm var, hər zaman meydana çıxa biləcəyim klubun şərəfini qorumaq istəyirəm. İnşallah, yaxın günlərdə hər şeyə aydınlıq gələcək".

2024-cü ilin əvvəlində "Qarabağ"dan LKS klubuna keçən Rahil Məmmədovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Digər Xəbərlər
Xəbər Lenti