COP29

“Mahir heç vaxt özünü göstərə bilmədi, çox güman ki, şərqə yollanacaq”

9 İyul 00:50 Bizimkilər 1 956
“Mahir heç vaxt özünü göstərə bilmədi, çox güman ki, şərqə yollanacaq”

Xorvatiya mətbuatı bir sıra futbolçuların “Dinamo”da uğursuz çıxışının səbəblərindən yazarkən, komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin performansına da diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, “sportnet.hr” portalı Emrelinin Zaqreb klubundakı gələcəyindən də yazıb:

"Mahir Emreli “Dinamo”dakı böhranın daha bir güclənməsinə misaldır. O, 2022-ci ilin qışında, “Hayduk” onları turnir cədvəlində təqib edərkən komandaya dəvət edildi.

Azərbaycanlı “Legiya”dan gəlmişdi. Ancaq Emreli heç vaxt özünü göstərə bilmədi.

Bu müddətdə o, Türkiyədə də icarə əsasında çıxış edib. İndi o, "mavilər"lə müqaviləni qarşılıqlı razılıq əsasında poza bilər.

Onun "Dinamo" ilə daha 2 illik müqaviləsi var. Lakin bu klubda qalması Emreli və klub üçün ən yaxşı seçim deyil.

Emreli çox güman ki, şərqə yollanacaq və 2022-ci ildə “Riyeka” ilə görüşdə vurduğu qolla komandanın azarkeşləri tərəfindən yadda qalacaq.

Bu da onun on qolundan ən önəmlisi idi. Bu qol qələbə üçün çox vacib idi, necə ki, ötən mövsüm “Varazdin”lə son saniyələrdə vurduğu qolu sayəsində "Dinamo" heç-heçəni xilas etmişdi".

Digər Xəbərlər
Xəbər Lenti