Cənubi Azərbaycandan olan futbolsevərlər yenə İranda diqqət mərkəzindədir.
“Traktor” fanatları doğma komandalarını səfər matçında da tək buraxmayıb.
Onlar “Səhənd” stadionunda tribunaları lərzəyə gətiriblər.
“Sən çağırsan, gələrəm mən, can Azərbaycan” şüarı ilə arenanı titrədən azarkeşlər böyük alqış toplayıb. Təbrizli tərəfdarlar 90 dəqiqə “Traktor”u qələbəyə səsləyib.
İran çempionatında 3-cü turun oyunları keçirilib. “Traktor” bu turda “Havadar”la qarşılaşıb.
Cənubi Azərbaycan təmsilçisi səfər oyunundan böyükhesablı qələbə ilə ayrılıb – 4:0. Təbriz klubu 3 turdan sonra 7 xalla ilk pillədə qərarlaşıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: