Premyer Liqada 3 klub dəyişən oyunçu Orta Asiyada nə qədər maaş alacaq? - FOTO

10 Fevral 11:40 Bizimkilər 1 292
Premyer Liqada 3 klub dəyişən oyunçu Orta Asiyada nə qədər maaş alacaq? - FOTO

"Zirə"dən ayrılan İldar Alekperov karyerasını ölkə xaricində davam etdirəcək.

Ötən ilin avqustunda "Sabah"dan qəsəbə təmsilçisinə keçmiş və ilyarımlıq müqaviləyə imza atmış dayaq yarımmüdafiəçisi bundan sonra Qırğızıstanda oynayacaq.

«Zenit»in yetirməsi olan 23 yaşlı oyunçu burada özünü göstərə bilmədiyi üçün "qartallar"la kontrakta qarşılıqlı razılaşma əsasında xitam verib.

23 yaşlı orta sahə oyunçusu "Alay"la 4 aylıq müqavilə imzalayıb.

Ötən ay "Şamaxı" və "Zirə"nin sabiq müdafiəçisi Ramin Əhmədovu da heyətinə qatmış qırğızların İldara nə qədər maaş ödəyəcəyi məlumdur. O, Orta Asiya respublikasında keçirəcəyi hər aya görə 4000 dollar qazanacaq.

2021-ci ildə «Nefteximik Nijnekamsk»dan «Sabah»a gəlmiş gənclər yığmasının sabiq üzvünün ötən mövsümün ikinci yarısını «Araz-Naxçıvan»da keçirməsini də xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO