COP29

Azərbaycan əsgəri Türkiyənin qələbəsinə belə sevinir - VİDEO

6 İyul 17:40 Bizimkilər 825
Azərbaycan əsgəri Türkiyənin qələbəsinə belə sevinir - VİDEO

Türkiyə yığması AVRO-2024-də uğurlu çızışını davam etdirir.

Qardaş ölkənin komandası qrup mərhələsini adlayandan sonra Avstriya ilə qarşılaşdı.

1/8 final matçı bütün gözləntiləri tərsinə sevirdi. Əksəriyyət «ay-ulduzlular»ın güclü rəqibinə uduzacağını gözləsə də, əksi oldu.

Melih Demiralın dublu və Mert Gönokun seyvləri Türkiyəyə ¼-in biletini qazandırdı. Bu tarixi uğur bütün türk dünyasında olduğu kimi, Azərbaycanda da böyük coşquyla qarşılandı.

Təkcə sıravi vətəndaşlar deyil, əsgərlərimiz də qələbəni bayram etdi. İTV-nin çəkiliş qrupu hərbi hissələrin birindən həmin anları paylaşıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq