COP29

Ukraynanı təmsil edən azərbaycanlı Paris-2024-də gümüş qazandı

9 Avqust 2024 03:20 Bizimkilər 759
Ukraynanı təmsil edən azərbaycanlı Paris-2024-də gümüş qazandı

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə həmyerlimiz finalda iranlı Səid Esmaili Leyvesi ilə qarşılaşıb.

Rəqibinə sonuncu xal prinsipinə (5:5) əsasən uduzan Pərviz gümüş medalla kifayətlənib.

Bu, Nəsibovun olimpiadalar tarixində ikinci mükafatı olub. O, daha əvvəl Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti