COP29

“Mahirlə müsbət danışıqlar gedir” - “Nürnberq”in idman direktoru

30 İyul 09:00 Bizimkilər 1 823
“Mahirlə müsbət danışıqlar gedir” - “Nürnberq”in idman direktoru

Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin Almaniya klubu “Nürnberq”lə danışıqları davam edir.

Sportinfo.az xəbər verir ki, bunu ikinci Bundesliqa komandasının idman direktoru Joti Katzialeksiu deyib.

O bildirib ki, “Ayntraxt”a keçən Can Uzunun boşluğunu hələ də doldurmayıblar. İdman direktoru Emrelinin bir çox xüsusiyyətə malik olması diqqətlərini çəkib:

“Mahirdə bizim istədiyimiz mentalitet var. Yaxşı qol duyumu var, topla rəftarı əladı və uzaq məsafədən güclü zərbələrə malikdi. Mahirlə müsbət danışıqlar gedir”.

Millimizin forvardının “Dinamo” ilə müqavilə müddətinin sonuna iki il vaxt qalır.

Digər Xəbərlər
Xəbər Lenti