“Biz çox tolerantıq və müsəlman ölkəsiyik, amma digər dinləri və mədəniyyətləri birləşdirməyə çalışırıq”.
Sportinfo.az xəbər verir ki, Almaniya II Bundesliqa təmsilçisi "Nürnberq”in futbolçusu Mahir Emreli klubun saytına danışıb.
Millimizin hücumçusu digər millətlərə tolerantlığının Azərbaycanda gördüyü mədəniyyətdən irəli gəldiyini deyib:
“Bizdə məscidlər, yəhudi sinaqoqları və xristian kilsələri var. Məsələn, ruslar ukraynalılarla bir yerdə qalırlar.
Biz fərqli mədəniyyətlərlə böyüyüb, onlarla harmoniyada yaşamağı öyrənirik. Bu, mənim üçün digər ölkələrdə yaşamağın çətin olmamasının səbəblərindəndir.
Hazırda dünyada çoxlu nifrət var. Mən insanlara göstərmək istəyirəm ki, başqa çıxış yolu da var”.