COP29

“Neftçi” 403-cü pillədən 397-ci pilləyə yüksəldi

8 İyul 02:40 Bizimkilər 1 003
“Neftçi” 403-cü pillədən 397-ci pilləyə yüksəldi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) iyun ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 504 klubun yer aldığı siyahıda Azərbaycanın dörd komanda ilə təmsil olunub: “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi”.

Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 191,25 xalla 53-cü yerdən 39-cu yerə yüksəlib. Onları Paraqvayın “Libertad” (192) komandası qabaqlayıb.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliyanın “İnternasyonal” klubu isə (hər biri 188) “Qarabağ”dan bir pillə geridədir.

“Zirə” 369-cu yerdən 361-ci yerə yüksəlib. “Sabah” da mövqelərini yaxşılaşdıraraq 377-ci pillədə qərarlaşıb.

“Neftçi” isə 403-cü pillədən 397-ci pilləyə yüksəlib (59,25). Onları Slovakiyanın “Slovan” klubu qabaqlayır. Ayın ən yaxşı klubu isə "Real”dı(Madrid).

Digər Xəbərlər
Xəbər Lenti