
“Nürnberq” Mahir Emreli ilə müqavilənin müddətini uzatmaq istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.
Klubun idman direktoru Joti Chatzialexiou məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə müqavilənin uzadılması üçün danışıqlar aparılır.
Ötən yay “Nürnberq”ə keçən azərbaycanlı futbolçunun müqaviləsinin müddəti bu yay başa çatır.
M.Emreli bu mövsüm 2-ci bundesliqada 19 oyuna 4 qol vurub, 1 qolun ötürməsini edib. O, daha bir dəfə isə Almaniya kubokunda rəqib qapısına yol tapıb.
Emreli ən son ötən həftə “Kayzerslautern”lə matçda (2:1) komandasının ikinci qolunun müəllifi olub.