COP29

Bizim qızlar Avropa çempionatının finalında

14 İyul 03:00 Basketbol 853
Bizim qızlar Avropa çempionatının finalında

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, qızlarımız yarımfinalda Albaniya seçməsi ilə üz-üzə gəliblər.

Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən millimiz, Albaniya yığması üzərində 92-62 hesablı rahat qələbə qazanaraq, Avropa çempionatının finalına yüksəlib

. Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 6 ribaund) seçilib.

14 iyulda baş tutacaq final görüşündə qızlarımızın rəqibi Malta-Kipr oyununun qalibi olacaq.

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?