COP29

"Yeni yerli və legionerlerlə birlikdə başqa bir komanda olduq”

03:20 Basketbol 953
"Yeni yerli və legionerlerlə birlikdə başqa bir komanda olduq”

""Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Naxçıvan" basketbol komandasının baş məşqçisi Murat Dikmen deyib.

Klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis yeni mövsümün hazırlıqlarına başladıqlarını bildirib:

"Artıq 2 həftədir komanda olaraq hazırlıqları davam etdiririk. Yeni yerli və legioner basketbolçularla birlikdə başqa bir komanda olduq.

Ötənilki əsas heyətdən yalnız Cordan Perkins bizimlə birlikdədir. Bu mövsüm daha fərqli basketbol sərgiləyəcəyik.

Komanda olaraq daha sürətli oyuna üstünlük verəcəyik. Oyunçularımın hazırlıqlarından razıyam.

"Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik. Komandamızın həm hücum, həm də müdafiə sisteminin möhkəmlənməsi üçün zamana ehtiyacı var.

Qarşıdakı günlərdə yeni oyunçu transfer etmək istəyirik. Bütün kollektivdən razıyam".

"Naxçıvan" Azərbaycan çempionatının I turunda oktyabrın 18-də "Neftçi" ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu