COP29

Azərbaycandan iki komanda “C” divizionunda mübarizə aparacaq - FOTO

9 İyul 07:30 Basketbol 833
Azərbaycandan iki komanda “C” divizionunda mübarizə aparacaq - FOTO

Azərbaycanın yeniyetmə basketbolçulardan ibarət millilərinin Avropa çempionatında keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

16 yaşadək oğlanlardan ibarət yığmamız A qrupunda Albaniya, Malta və Moldova yığmalarına qarşı mübarizə aparacaq.

Tahir Baxşıyevin rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu iyulun 9-da Bakı vaxtı ilə saat 21:30-da yerli Albaniya yığmasına qarşı olacaq.

Yığmamız qrupda növbəti oyunlarını, iyulun 10-da (saat 16:30) Moldova və ayın 11-də (saat 16:30) Malta millilərinə qarşı keçirəcək.

16 yaşadək qızlardan ibarət millimiz A qrupunda Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, iyulun 9-da Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq.

Komanda qrupda növbəti oyunlarını Gürcüstan (10 iyul, 12:30) və Kipr millilərinə (11 iyul, saat 12:30) qarşı keçirəcək.

Hər iki yığma “C” divizionunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə