COP29

“Bu, bizi xilas etmədi”

18 Avqust 03:00 Basketbol 1 430
“Bu, bizi xilas etmədi”

3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ikinci matçında Ukrayna ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə bitib - 12:16

Daha əvvəl Almaniyanın “Düsseldorf ZOOS” komandasına uduzan milli mübarizəni dayandırmalı olub.

Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək. Bakı mərhələsi avqustun 18-də başa çatacaq.

“Yay Olimpiya Oyunlarından sonra bu yarışa hazırlaşmaq həm fiziki, həm də psixoloji olaraq çətin idi”.

Bunu millinin üzvü Dina Ulyanova Dünya Qadın Seriyasının Bakı mərhələsi haqqında jurnalistlərə açıqlamasında deyib.

O, qarşılaşmaların çox ağır və çətin keçdiyini bildirib:

"Görüşlərə qələbə üçün çıxmışdıq. “Bir “team out” bizi xilas etmədi.

Lakin bütün bunlara rəğmən özümüzü toparlayıb, davamlı şəkildə məşqlər edirdik”.

Basketbolçu komanda olaraq daim gələcəyə inamla baxdıqlarını vurğulayıb:

“İnanırıq ki, Avropa Kubokuna yaxşı şəkildə hazırlaşıb, yüksək nəticə əldə edəcəyik. Təbii ki, az vaxt qalıb.

Birinci növbədə əsas məsələ qrupdan çıxmaqdır. Hər turnir ərəfəsində özümüzü qələbəyə kökləyirik.

Kubokda da medal uğrunda mübarizə aparacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…