COP29

Azərbaycanda klub təmsil etdiyi rayonu və adını dəyişdi, baş məşqçi bəlli oldu - FOTO

17 Sentyabr 08:20 Basketbol 1 475
Azərbaycanda klub təmsil etdiyi rayonu və adını dəyişdi, baş məşqçi bəlli oldu - FOTO

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında "Quba"nın məşqçilər heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, ötən mövsüm "Cəlilabad" adı ilə yüksək liqada yarışan komandanın adı "Quba"ya dəyişdirilib.

"Cəlilabad"ın məşqçilər korpusu və əksər oyunçuları da "Quba"nın heyətində olacaq.

Şimal təmsilçisinin baş məşqçisi Şəhriyar Əsgərov olacaq. Zaur Paşayev isə oynayan məşqçisi funksiyasını yerinə yetirəcək. Komandanın kapitanı isə Fikrət Paşayevdir.

"Quba" ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!