FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında baş tutacaq ilk pley-in oyunu Bakıda baş tutacaq.
Sportinfo.az xəbər verir ki, “Aliağa Petkim Spor”un rəqibi olan “Hapoel Holon” komandası məlum səbəbə görə İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda, Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.
Əgər pley-in görüşlərində hesab bərabər olarsa, 22 yanvar tarixində baş tutacaq 3-cü oyun da məhz Bakıda baş tutacaq.