Seriyanın üç mərhələsi Azərbaycanda keçiriləcək

28 Fevral 08:30 Basketbol 856
Seriyanın üç mərhələsi Azərbaycanda keçiriləcək

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının 2025-ci il mövsümünün təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan üç mərhələyə ev sahibliyi edəcək.

Mayın 26-27-də keçiriləcək 4-cü mərhələ Bakıda təşkil olunacaq. İyulun 26-27-də 8-ci mərhələ Sumqayıtda baş tutacaq.

Mövsümün 11-ci turniri avqustun 23-24-də Qubada keçiriləcək. Bu raund əvvəl Qəbələdə baş tutan mərhələni əvəz edəcək.

Ümumilikdə isə basketbolçular maydan avqusta qədər ümumilikdə 12 mərhələdə mübarizə aparacaqlar. Həlledici final turniri isə sentyabrda baş tutacaq.

Yarışda iştirak edəcək komandalar hələ dəqiqləşməyib.

Digər Xəbərlər
Xəbər Lenti