
"Uzunmüddətli fasilələr nədənsə komandama yaxşı təsir göstərmir. Halbuki komandamızı gücləndirmişik".
Sportinfo.az xəbər verir ki, bunu "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XV turunda "Ordu"ya ağır məğlubiyyəti şərh edib:
"Komandamız gözlədiyim performansda oyun göstərmədi. Müdafiədə qarışıqlıq var idi, istədiyimiz kimi oynamadıq.
Analiz edib, səhvlərimizə baxıb, müəyyən nəticələr çıxaracağıq. Pley-off yaxınlaşdıqca güclənməyi qarşımıza məqsəd qoymuşuq.
Komanda dağınıq vəziyyətdə idi. Bütün bunların hamısını həll etmək olar.
İkinci dəfədir ki, uzunmüddətli fasilələr komandamıza yaxşı təsir etmir. Bundan əvvəlki fasilədən qayıtdıqdan sonra da ardıcıl məğlubiyyətlər almışdıq.
Sonuncu dövrə başlayır. Bacardıqca qələbələr qazanmağa çalışacağıq ki, bir qədər yuxarı qalxaq. Komandama inanıram".
"Quba" səfərdə 68:103 hesabı ilə uduzub.