COP29

"Növbəti mövsümdə avrokuboklarda iştirak hüququ əldə etsək..."

24 Noyabr 2023 03:30 Basketbol 1 057
"Növbəti mövsümdə avrokuboklarda iştirak hüququ əldə etsək..."

"Sabah" basketbol klubu Avropa Kubokunun müntəzəm mövsümünün son oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "futuristlər" Bakıda "Nimburk"a məğlub olub - 89:97.

"Sabah"ın baş məşqçisi Nikola Bozinovski fikirlərini bildirib:

"FIBA Avropa Kubokunda çıxışımızı başa vurduq. İlk dəfə bu turnirdə mübarizə apardığımızı nəzər alsaq, düşünürəm ki, Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik.

Növbəti mövsümdə avrokuboklarda iştirak hüququ əldə etsək, daha uğurlu çıxış edə bilərik.

Ehtiyat skamyamızda əsas oyunçularımızı əvəzləyə biləcək yüksək səviyyəli daha bir yerli basketbolçuya ehtiyacımız var ki, oyun ərzində rotasiya imkanlarımız genişlənsin".

"Sabah" müntəzəm mövsümdə qrup mərhələsini 7 xalla 3-cü sırada bitirib və mübarizəni dayandırıb.

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?