COP29

Azərbaycan millisi İspaniya ilə matça çıxmamasının səbəbi nə imiş?

15 İyul 03:30 Basketbol 990
Azərbaycan millisi İspaniya ilə matça çıxmamasının səbəbi nə imiş?

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində İspaniya yığması ilə matça çıxmamasının səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov açıqlama verib.

ABF rəsmisi Dina Ulyanova və Aleksandra Mallenhauerin zədədən əziyyət çəkdiyini söyləyib:

"Komanda bu səbəbdən görüşdə iştirak etmədi. Zədələri çox ciddi deyil. Olimpiadaya qədər sıraya dönəcəklər. Sadəcə, həkimlər risk etməməyi məsləhət gördülər".

"Bordo" klubuna 9:17 hesabı ilə uduzan kollektiv D qrupunda sonuncu yeri tutub.

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçını iyulun 30-da İspaniyaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti