COP29

Azərbaycan çempionu təsnifat mərhələsi oyunlarını Türkiyə keçirəcək

19 İyul 03:50 Basketbol 1 477
Azərbaycan çempionu təsnifat mərhələsi oyunlarını Türkiyə keçirəcək

Kişi basketbolçulardan ibarət "Sabah" klubu Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarını Türkiyədə keçirəcək.

Sportinfo.az xəbər verir ki, FIBA yarışın Antalya şəhərində təşkilinə üstünlük verib.

Azərbaycan çempionu I qrupda mübarizəyə 1/4 finaldan başlayacaq. “Norrçepinq Dolfins”ə (İsveç) qarşı görüş sentyabrın 17-də, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Bu cütün qalibi ayın 19-da yarımfinalda “Friburq Olimpik” (İsveçrə) ilə qarşılaşacaq. Görüş saat 17:30-da start götürəcək.

Yarımfinalın digər cütünü “Benfika” (Portuqaliya) klubu ilə “Rilski” (Bolqarıstan) – “Nokia” (Finlandiya) oyununun qalibi formalaşdıracaq.

Final matçı sentyabrın 21-nə nəzərdə tutulub. Həlledici oyunun qalibi əsas mərhələyə vəsiqə qazanacaq.

Azərbaycan tarixdə ilk dəfə Çempionlar Liqasında təmsil olunacaq.

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?