COP29

"Neftçi", “Lənkəran” və “Ordu”nun oyunçuları millidə

12 Noyabr 03:50 Basketbol 1 000
"Neftçi", “Lənkəran” və “Ordu”nun oyunçuları millidə

Noyabrın 21-də kişi basketbolçulardan ibarət Azərbaycan yığması 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, millimiz İrlandiyada meydan sahibləri ilə qarşılaşacaq. Oyuna saat 21:00-da start veriləcək. Millimizin heyəti bəlli olub:

Amil Həmzəyev, Kamran Məmmədov (hər ikisi "Neftçi"), Elşad Şirzadov, Cəbrayıl Əkbərov (hər ikisi “Gəncə”), Sadettin Donat (“Sumqayıt”), Rüstəm Əliyev (“Ordu”), Nəzər Quliyev (“Naxçıvan”), Ercan Donat (" Şəki”), Ulaş Turqut, Nicat Məmmədli (hər ikisi “Sərhədçi”), Zaur Paşayev (“Quba”), Rəşid Abbasov (“Lənkəran”), Əkbər Məmmədov, Məhəmməd Hüseynli, Murad Babayev (hər ikisi NTD).
Endar Poladxanlı və Şirzad Şirzadov "Sabah"la birlikdə avrokubokların qrup mərhələsinin son oyunu üçün İsveçə uçacaq. Orxan Aydın, Cordan Devis və Yan Hammer isə milliyə sonradan qoşulacaq.

Millimiz startda İsveçrəyə uduzub (53:72), daha sonra Kosovoya qalib gəlib (87:77).

Komanda sıralaması: İsveçrə – 4 xal, Azərbaycan, Kosovo – hərəyə 3, İrlandiya – 2 xal.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!