COP29

Azərbaycan çempionu sifariş ərizəsini təqdim etdi - Çempionlar Liqası

14 Sentyabr 02:40 Basketbol 862
Azərbaycan çempionu sifariş ərizəsini təqdim etdi - Çempionlar Liqası

Azərbaycan çempionu "Sabah" basketbol klubu Antalyada (Türkiyə) Çempionlar Liqasının təsnifat mərhələsində sentyabrın 17-də ilk oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionun avrokuboklar oyunları üçün iştirak ərizəsini təqdim edib:

Cəbrayıl Əkbərov, Aydın İbrahimov, Əkbər Məmmədov, Əlikamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Tariyel Yusifzadə (hamısı Azərbaycan), Deandre Baldvin, Kamron Blu, Trevon Duval, Hassani Qravett, Maykl Holton (hamısı ABŞ), Artyoms Butyankovs, Klavs Kavars (hər ikisi Latviya) və Andrey Voynaloviç (Ukrayna).

Rimas Kurtinaitisin komandası ilk təsnifat oyununda İsveçin “Nörçöppinq Dolfins” klubu ilə qarşılaşacaq. Oyun saat 17:30-da başlayacaq.

Sentyabrın 19-da bu cütün qalibi yarımfinalda İsveçrənin “Friburq” klubu ilə üz-üzə gələcək.

Sentyabrın 21-də bu qrupun seçmə turnirinin qalibi müəyyənləşəcək. Həmin klub adi mövsümün G qrupuna vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?