
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, 20 turluq mübarizədən sonra komandaların yarışı hansı mərhələdə davam etdirəcəkləri müəyyənləşib.
A qrupunun lideri "Sabah", ikinci olan "Naxçıvan" və 3-cü yeri tutan "Neftçi" birbaşa pley-offa vəsiqəni təmin ediblər. Onlarla yanaşı B qrupunun qalibi "Şəki" də pley-offa çıxıb.
Reqlamentə əsasən, digər klublar isə mübarizəyə pley-in mərhələsindən start verəcəklər.
Pley-in cütlükləri:
"Sumqayıt" - "Sərhədçi"
"Gəncə" - "Lənkəran"
"Ordu" - "Quba"
"Abşeron" - NTD
Pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.