
"Sübut etdik ki, Azərbaycanın ən güclü komandasıyıq".
Sportinfo.az xəbər verir ki, bunu NTD komandasının üzvü, Azərbaycan Kubokunun ən dəyərli basketbolçusu (MVP) seçilən Detrek Brauninq klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandasının titul qazanmasının daha önəmli olduğunu söyləyib:
“Mən çox xoşbəxtəm. Bəli, məni MVP seçdilər, amma ən vacibi komandanın uğurudur. Sübut etdik ki, Azərbaycanın ən güclü komandasıyıq.
Çox istəyirdik ki, qalib gələk və kuboku qazanaq. Mən, Tayri Boykin və Kvinton Kempbell yanvarda komandaya qoşulduq. İlk oyunumuz kubokda “Lənkəran”a qarşı oldu.
O zaman qarşımıza kuboku qazanmağı məqsəd qoyduq vəə iki ay sonra bunu bacardıq. Bu turniri qazanmaq üçün bir ailə olmaq lazımdır.
Bu, komanda qələbəsidir. Bu qələbə bizi daha güclü etdi. Titul bizə çempionat oyunlarında da daha çox inam verəcək”.
Bakı İdman Sarayında keçirilən Azərbaycan Kubokunun final matçında NTD "Gəncə"ni 81:72 hesabı ilə məğlub edib.