COP29

Millimizin Olimpiadadakı oyunlarının təqvimi bəlli oldu

18 İyun 02:20 Basketbol 471
Millimizin Olimpiadadakı oyunlarının təqvimi bəlli oldu

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında mübarizə aparacaq 3x3 basketbol üzrə Azərbaycan millisinin matçlarının təqvimi bəlli olub.

Sportinfo.az xəbər verir ki, yığma ilk qarşılaşmasında İspaniya kollektivi ilə üz-üzə gələcək.

Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutmuş millilər yarımfinala vəsiqə əldə edəcəklər.

3-cü, 4-cü, 5-ci və 6-cı pilləni tutmuş yığmalar isə, pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək, yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.

30 iyul saat 23:00
İspaniya - AZƏRBAYCAN

31 iyul saat 23:30
ABŞ - Azərbaycan

1 avqust saat 14:30
AZƏRBAYCAN - Fransa

1 avqust saat 20:30
Almaniya - AZƏRBAYCAN

2 avqust saat 11:30
Avstraliya - AZƏRBAYCAN

2 avqust saat 19:30
Çin - AZƏRBAYCAN

3 avqust saat 19:30
Kanada - Azərbaycan

Digər Xəbərlər
Xəbər Lenti