COP29

“Qalatasaray”ın sabiq idman direktoru Azərbaycanda idman direktoru vəzifəsinə təyin olundu

11 İyul 02:30 Basketbol 365
“Qalatasaray”ın sabiq idman direktoru Azərbaycanda idman direktoru vəzifəsinə təyin olundu

Azərbaycan Basketbol Federasiyasının (ABF) rəyasət heyətinin qəbul etdiyi qərara əsasən, türkiyəli basketbol meneceri Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla iki illik müqavilə imzalanıb.

Sözləşməyə əsasən, o, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastrukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh olacaq.

Mütəxəssis 2021 - 2023-cü illər mövsümündə “Qalatasaray” basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsində çalışıb.

T.Zeytingöz 2011 - 2017-ci illər mövsümündə Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində işləyib.

Həmin dönəmdə bir dəfə Avropa çempionluğu, iki dəfə isə Avropa üçüncülüyü mükafatlarını qazanıblar. O, həm də 2010-cu ildən etibarən “Banvit” basketbol klubunda da idman direktoru olaraq fəaliyyətini davam etdirib.

“Banvit”də işlədiyi 10 il müddətində Türkiyə basketboluna saysız-hesabsız gənc istedadlıların yetişdirilməsində də böyük rol oynayıb.

“Banvit”in ikinci komandası “Bandırma Kırmızı” ilə ikinci liqada çempionluq (2011), “Banvit” ilə isə Çempionlar Liqası finalı (2017), Türkiyə kuboku çempionluğu (2017) və Türkiyə çempionatında final (2013) oynamaq uğurunu əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə