“Müqavilə bağladığımız oyunçu 10 gün sonra komandanı tərk etdi, pis vəziyyətdə qaldıq”

9 Aprel 04:00 Basketbol 388
“Müqavilə bağladığımız oyunçu 10 gün sonra komandanı tərk etdi, pis vəziyyətdə qaldıq”

“Bu mövsüm bizim üçün həm yaxşı, həm də pis məqamlarla yadda qaldı".

Sportinfo.az xəbər verir ki, bunu “Ordu” basketbolçularının baş məşqçisi Alberto Blanko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasında mövsümün ilkin mərhələsini və play-in mərhələsində “Quba” ilə qarşıdakı matç barədə fikirlərini bölüşüb:

"Biz heyəti əvvəlcədən qurduq və digər klublar kimi mövsümün gedişində ciddi dəyişikliklər etmədik. Hətta elə bir vəziyyət yarandı ki, yeni müqavilə bağladığımız oyunçu 10 gündən sonra komandanı tərk etdi və pis vəziyyətdə qaldıq.

Qarşıda “Quba” ilə oyunumuz var. Onlarla matç bərabər səviyyəli bir qarşılaşma olacaq.

Mövsümün gedişində 3 dəfə “Quba”nı məğlub etmişik, onlar isə 1 oyunda qələbəyə seviniblər.

Çox çətin olacaq. Əsas məqsədimiz paly-off mərhələsinə vəsiqə qazanmaqdır.”

Xəbər Lenti