COP29

Azərbaycan komandası İspaniya ilə matça çıxmaqdan imtina etdi

11 İyul 07:40 Basketbol 795
Azərbaycan komandası İspaniya ilə matça çıxmaqdan imtina etdi

Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, yığma D qrupunda İspaniya ilə matça çıxmaqdan imtina edib.

Beləliklə, komanda turnirlə vidalaşıb.

"Bordo" klubuna 9:17 hesabı ilə uduzan kollektiv qrupda sonuncu yeri tutub.

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçını iyulun 30-da İspaniyaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti