Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma saat 11:30-da başlanacaq.
Digər yarımfinal görüşündə Niderland və Polşa seçmələri görüşəcəklər.
Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.