“Sabah” yarımfinala qalibiyyət ilə start verdi

03:20 Basketbol 111
“Sabah” yarımfinala qalibiyyət ilə start verdi

Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyunlar çərçivəsində bir matç baş tutub.

Yeganə qarşılaşma Bakı İdman Sarayında keçirilib. Son çempion “Sabah” “Şəki”ni sınağa çəkib. İlk dəqiqələrdən üstünlüyü ələ alan Bakı klubu yarımfinal seriyasına inamlı qələbə ilə başlayıb.

Yarımfinalın bu gün baş tutacaq digər matçında “Neftçi” ilə “Abşeron” üz-üzə gələcək.

“Sabah” – “Şəki” – 86:73 (20:14, 25:20, 23:19, 18:20)
Bakı İdman Sarayı

Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq